BOTOKS

Home / BOTOKS

Qırışlar bir çox xanımların narahatlığına səbəb olur. Axı onlar yaşlanmanın ilkin əlamətidir. Qırışlar daim göz önündədir, onları geyimlərlə gizlətmək mümkün deyil. Hətta onları dərin bir makiyajla da gizlətmək mümkün deyildir, kirşanın altında qırışlar daha çox özlərini biruzə verirlər.Müasir texnologiya bizlərə yaşlanmaya qarşı bir neçə üsul ilə mübarizə aparmağı təklif edir. Bunların içərisindən ən məşhur prosedur isə Botoksdur.”Beauttech”-in mütəxəssisləri də həmçinn yaşlanmanın ilkin əlamətləri olan qırışlarla mübarizədə Botoks üsulunu məsləhət görürlər.

 

Botoks üsulunun tarixindən
Botoksun tarixi 3 on illiyə malikdir. Botoks üsulu ilk dəfə 1990-cı ildə ABŞ-da cəpgözlük xəstəliyindən əziyyət çəkən xəstələrdə, əzələ spazmını aradan qaldırmaq üçün istifadə olunmuşdur. Daha sonra isə hazırki dərman nevrologiyada istifadə olunmağa başladı. Və beləliklə, Botoksun ilk təsiri aydın şəkildə hiss olunmağa başladı. Botoks iynələri yayılma təsiri verib, göz ətrafı qırışların, dodaq və alın nahiyəsində olan qırışların aradan qaldırılmasına təsir etdi. 90-cı illərin əvvəllərində Botoks üsulu inanılmaz şəkildə məşhurlaşmağa başladı.

 

Botoks əczasının istifadəsi
Botoks və Dysport hər ikisi üz üçün istifadə olunur. Və beləliklə aşağıda qeyd olunan qırışların əsas növləri Botoks kosmetologiyasını əmələ gətirir:

Şaquli  (qaşlar arasında yerləşən qırışlar)
Üfuqi ( qaşları çatmaq vərdişindən yaranan alının orta hissəsində olan qırışlar)
Göz ətrafı qırışlar ( gözün ətrafında yaranan qırışlar)
Üst dodaq üzərində yaranan üfuqi qırışlar, burun ətrafı qırışlar ( dodaq Botoksu tələb edən)

Bəhs etdiyimiz bütün bu problemlər Botoks və Dysport üsulunun köməyi ilə həll olur.Botulinum toksini əzələləri qismən durdurur və onları istirahət etməyə məcbur edir. Dəri hamarlaşır və bəzi üz ifadələri aradan qalxır (qaşları çatmaq, təəccüb, qəzəb)

 

Botoks necə tətbiq olunur?
Botoks səmərəli şəkildə və tez bir zamanda öz təsirini göstərir. Botoks iynələri artıq ikinci gündən etibarən öz təsirlərini göstərməyə başlayır. İlk 2-4 həftə ərzində isə prosedurun effekti daha aydın şəkildə özünü göstərməyə başlayır. Xəstənin orqanizmindən asılı olaraq prosedur təxminən 4-6 ay ərzində öz təsirini qoruyub saxlayır. Təkrar vurulan iynələrin köməyi ilə prosedurun effektini 6-9 aya qədər uzatmaq mümkündür.  Sadəcə bir iynənin köməyi ilə siz problemli nahiyyələrinizi unuda bilərsiniz. Bu prosedurun tətbiqində ən vacib amil prosesi yerinə yetirən mütəxəssisdir. “Beauttech” salonlar şəbəkəsində isə Botoks üsulu haqda demək olarki hər bir məlumatı olan ən yüksək səviyyəli, təcrübəli mütəxəssislər çalışır.

Botoks üsulunun etibarlılığı
Botoks təhlükəsiz bir kosmetoloji prosedurdur. Nevrologiya və kosmetologiyada bu maddənin çox az mıqdarı istifadə olunur. Və beləliklə, bu prosedur sadəcə ehtiyac olunan əzələlərə təsir edir.Birləşmiş Krallıqda və ABŞ-da 230-dan artıq klinik sınaqlardan keçmiş bu prosedur artıq 20 ildən artıq bir müddətdir ki tətbiq olunur. Botoks sizlərə daha cazibədar olamağa və parlamağa kömək edir. Dostlarınızdan və əzizlərinizdən nə qədər kompliment eşidəcəyinizi bir düşünün. Hər gün onlarla heyran olan baxışları üzərinizə toplayacağınızı təsəvvür edin! Deyilənə görə “ Gənclik sürətlə keçən bir dövürdür”. Ama artıq deyil. Botoks  – gəncliyi geri gətirməyin və qoruyub saxlamağın ən etibarlı yoludur.

 

BOTOKS tətbiq olunan nahiyyələr:
Gözətrafı qırışlar
Alın nahiyyesi
Dodaqüstü qırışların korreksiyası
Hiperhidrozun (artıq tərləmə) müalicəsi
Çeynəmə əzələlərinin hiperdistrofiyası zamanı
Preparatın təsiri tədricən başlayır və təsir müddəti yaşdan, orqanizmin funksional vəziyyətindən asılı olaraq 6-11 ay davam edir.