BRAZİL SAÇ DÜZLƏŞTİRMƏSİ

Home / BRAZİL SAÇ DÜZLƏŞTİRMƏSİ

Siz də buruq, şişkin və çətinliklə uklatka olunan saçlardan yorulmusunuz? Onları hər gün səliqəyə salmaq, düzəltmək sizi bezdirib? Məşhur modellər göstərişli jurnalların üz qabığından sizlərə baxıb gülümsəyirlər. Onların hər biri möhtəşəm, güclü, parlaq saçlara sahibdirlər. Və siz də, qəmgin halda niyə sizin də belə saçlarınızın olmadığını düşünürsünüz?
Artıq Azərbaycanda bu xidmət göstərilməyə başlamışdır. İlk başlarda bu xidmət sərt, quru saçlar üçün istifadə olunmağa başlamışdır, lakin bir müddət sonra o öz effektini bütün dünyada təsdiqləmişdir.
Brazilya üsulu olan Keratin – saçları ehtiyacı olan və illər ərzində yox olan qidalandırıcı maddələrlə təmin edir. Əgər sizin saçlarınız quru, zədələnmiş və yatımsızdırlarsa o zaman, Brazilya düzləşdirmə üsulu saçlarınız üçün qurtuluşdur. Prosedur saçlarınızı eytiyacı olan qidalandırıcı maddələrlə zənginləşdirir, ultrabənövşəyi şualardan, ətraf mühitin mənfi təsirlərindən, duman və tütüstünün ola biləcək təsirlərindən qoruyur. Saçlar gözlə görünən şəkildə daha parlaq, güclü və yumşaq olurlar. Proses təxminən 3 saat davam edir, lakin effekti 2-5 ay müddətinə qalır.
Brazilya saç düzləşdirməsi saçlarınızı heç bir zərər vermir və saçın öz strukturunu dəyişmir, belə ki bu üsulu davamlı şəkildə istifadə etmək mümkündür. Bu o deməkdir ki, siz saçlarınızı əhvalınızdan asılı olaraq hər gün dəyişə bilərsiniz, saçlarınızı bu gün ipək kimi yümşaq, sabah isə düz və parlaq şəkilə sala bilərsiniz. Keratinin tətbiq olunması sayəsində siz canlı və yatqın saçlara sahib olcaqsınız. Saçlarınızı uklatka etmək isə sadəcə 5 dəqiqə vaxtınız alacaqdır. Siz vaxtınıza və hövsələnizə qənaət edir, və eyni zamanda uzun müddətli uklatka zamanı saçlarınızı mənfi təsirlərdən qoruyursunuz.