SAÇLARIN RƏNGLƏNMƏSİ PAUL MITCHELL

Home / SAÇLARIN RƏNGLƏNMƏSİ PAUL MITCHELL

Saç rəngini necə seçmək lazımdır? Çox güman ki, bu sual saç rəngini dəyişməyi qərara alan bütün xanımların üzləşdiyi ən çətin sualdır. Dərinizin, gözlərinizin rəngi, üzünüzün forması – bunların hamısı nəzərə alınmalı olan ən vacib amillərdir.Paul Mitchell Sistemi ilə saç rənginizi tez və sağlam şəkildə dəyişin.Bizim salonumuzun stilistləri, koloristləri istənilən növ saç boyanmasını, saçlara kölgə edilməsini və bütün boyanma xidmətlərini peşəkar şəkildə yerinə yetirirlər.PAUL MITCHELL – ChromaLuxe texnologiyasına malik saç boyasıdır. Çox az səviyyəli ammonyak tərkibinə sahib olan saç boyaları – daimi, müvəqqəti və qismən daimi şəkildə istifadə oluna bilər.

Saç boyasının tərkibində arı mumu və başqa qidalandırıcı komponentlər mövcuddur. Həmçinin boyanın tərkibində xoş qoxu bəxş edən evkalipt də vardır. ChromaLuxe texnologiyasının tərkibində olan bir neçə aktiv komponentlərin köməyi ilə unikal sistem yaratmaqla pigment qabıqlarının penetrasiyasını təmin edib stabil boyanmanı həyata keçirtməkdən ibarətdir. Saçlar daha sağlam və baxımlı hala gəlir. Unikal tərkibinə görə sözü gedən saç boyaları, müqayisə olunmaz möhtəşəmliyə, göz qamaşdıran parlaqlığa və bütün rəng tonlarında dərin, rəng effektinə malikdir.

THE COLOR saç boyanmasının üstünlükləri:

Yeni pigment texnologiyası
Canlı və göz qamaşdıran rəng (bütün spektri əhatə edən 67 rəng çaları)
Arı mumu əsaslı, bitki tərkibinə malik olan krem sayəsində saçlarınza incə qulluq
Qeyri-adi möhtəşəmlik və rəng dayanıqlılığı
İntensiv rəng tonu və 100% ağaran saçların örtülməsi
Az miqdarda ammonyak tərkibi (1.5%)
Dəri üzərində heç bir ləkə saxlamır və möhtəşəm ekvalipt ətrinə malikdir.
Qırmızı kölgələr – qırmızının ən möftəşəm şəklidir. Qırmızı rəng daha dərin, canlı və zəngin çalara sahibdir.
Saç diblərindən uclarına qədər tətbiq olunan arı mumu tərkibli kremlər, saç rənginin dəyişdirilməsində və saçlarınızın baxımında böyük rol oynayır.