SAÇ QAYNAĞI

Home / SAÇ QAYNAĞI

SAÇ QAYNAĞI

Hər bir qadının arzusu gözəl və uzun saçlara sahib olmaqdır. Ama gündəlik saç düzümləri, saç rənglənmələri, düzgün fen temperaturundan istifadə etməmək saçların uzanmasına maneçilik törədir. Bizim salonlarımızda üstünlük verilən saç qaynaq sistemi Keratin qaynağıdır. Saç qaynağı vasitəsi ilə siz arzusunda olduğunuz uzun saçlara sahib olacaqsınız.
Bizim salonlarımızda müştərilərimizin arzusunu əsas götürərək, sizlər üçün ən ideal seçim edən, ixtisaslaşmış mütəxəssislər çalışır.Komandamız saç qaynağında İtalyan texnologiyası olan EURO So.Cap-dan istifadə edir.Bu texnologiya tamamən yeni bir üsul olub 2003-cü ildən etibarən yayılmağa başlamışdır və saç qaynağında ən etibarlı vasitə hesab olunmaqdadır.

İtalyan texnologiyalarına əsasən saç qaynağı ən az hiss edilən və görsənməyən qaynaq növüdür. Keratin kapsulları öz saç rənginızdə olur və tamamən fərqlənmir. Həmçinin bu texnikanın heç bir ziyanı yoxdur, çünki keratinlər xalis insan saçı tərkiblidir.

Prosedur 3-4 saat davam edir, bu vaxt ərzində 100-125 ədəd saç taxılır. Sadəcə avropadan gətirilmiş yüksək standartlara cavab verən, öz rəngini itirməyən, davamlı təbii saçlar istifade edilir. Keratinlər çöx yaxşı berkidilir, və ona görə də hətta saç rənglənməsi, dənizdə üzmək və saunadan istifadə etdiyiniz təqdirdə qopması qeyri-mümkündür.

Siz saçlarınızı bir neçə rənglə çoxalda bilərsiniz – öz saç rənginizdən istifadə edə və ya digər rəngələrin effektini verə bilərsiniz. Sizin öz saçınızın uzanmasından asılı olaraq qaynaqları 3-5 ay müddətinə istifadə etmək mümkündür. Və sonda isə, qaynaqlar xüsusi mayeyəyə batırılmış kapsullar vasitəsi ilə saçlardan sökülür.