QAYNAR QAYÇI

Home / QAYNAR QAYÇI

İsti qayçı ilə saç kəsimi – gözəllik salonlarında istifadə olunan yeni və populyar kəsim növüdür. Ən əsası isə bu kəsim növü bir müalicə metodudur. Prosedurun effekti ilk tətbiqdən dərhal sonra hiss olunur – qırılmış saç telləri bərpa olunur. İsti qayçı ilə saç kəsimi hər bir saç telini lehimləyir, lazım olan qidalandırıcı və nəmləndirici maddələr – amino turşusu, protein və vitaminlərlə təmin etməklə, saçları möhkəmləndirir və onların özünü-bərpa funksiyasını gücləndirərək təxminən 2 ay müddətinə kənar faktorlardan qoruyur.
Saçlar isti qayçı ilə qayçılandığı zaman, parlaq, güclü, əsnək və kəsilmiş saç formasına daha yatqın olur. Prosedurun terapevtik effektinə saç uclarındakı qırılma probleminin tamamən aradan qalxması zəmanəti ilə 2-3 prosedurdan sonra nail olmaq mümükündür. Proseduru 4-5 dəfə təkrarladıqdan sonra, saç diblərindən ucuna qədər saçlar möhkəmlənir saçlar 2 qat daha çox həcmə sahib olur.
İsti qayçı ilə saç kəsimi qırılmış, kövrəkləşmiş və zəifləmiş saç telləri ilə mübarizə də istifadə olunan effektiv bir prosedurdur. İsti qayçı ilə kəsilmiş qısa saç modelində isə, saçlar öz həcmini qoruyur və daha tez bir zamanda uzanmağa başlayır. İsti qayçı ilə saç kəsimi kimyəvi maddələrin, boyanmanın təsiri ilə qırılmış və zəifləmiş saç tellərinin müalicəsi üçün də tətbiq olunan effektiv bir üsuldur.
Saçlara müntəzəm qulluq olunması da həmçinin saç uclarındakı qırıqlar üçün bir müalicə metodudur. Lakin bu zaman qırılmış saç ucları açıq qalır, ətraf mühitin – qazın, kimyəvi maddələrin təsirinə məruz qalaraq öz daxili stukturunun korlanmasına səbəb olur. Və nəticə də, saçlar öz təbii parlaqlığını, həcmini itirərək quru və zədələnmiş bir hala çevrilir.
İsti qayçı ilə kəsim növü adından da göründüyü kimi qaynaq qayçı ilə tətbiq olunan bir prosedurdur. Onlar sıradan görünürlər lakin əsas metal hissə plastikin altında gizlənmişdir. Prosedurun tətbiqi zamanı, saçın növündən asılı olaraq istilik müvafiq dərəcəyə quraşdırılır. Əgər saç rənglənmiş və nazik buruqdursa bu zaman qayçının istilik dərəcəsi nisbətən aşağı, saç qalın və qıvırımdırsa bu zaman istilik dərəcəsi nisbətən yüksək olmalıdır.
Bizim salonumuzun peşəkar mütəxəssisləri ilə birlikdə, siz istənilən növ saç üzərində – quru, yağlı , isti qayçı ilə saç kəsiminin sayəsində istənilən növ müasir saç düzümünə sahib olacaqsınız. Prosedur bir neçə dəfə tətbiq olunduqdan sonra siz artıq qırılmayan saç uclarlna, daha güclü, parlaq, sıx və sağlam saçlara sahib olacaqsınız.