MEZOTERAPIYA

Home / MEZOTERAPIYA

Mezoterapiya xüsusi hazırlanmış kokteylin ən kiçik doza ilə dəri altına tətbiq edilməklə, saç tökülməsinin qarşısını alınması, üz qırışlarının aradan qaldırılması, çəki itirilməsini stimullaşdırmaq, selulitlə mübarizə aparmaq üçün tətbiq olunan və ‘’Beauttech’’ gözəllik salonunun peşəkar həkim-kosmetoloqları tərəfindən aparılan bir prosedurdur. Bu prosedurun digər üsullardan fərqi ondan ibarətdir ki, o bilavasitə problemli hissəyə tətbiq olunur, effekt isə bir başa təsir edir. Prosedurun orta hesabla müddəti ardıcıl təkrarlanan 7-10 seansdan ibarətdir.Prosedurun qalıcılığı və yaşlanmaya qarşı tamamən əks təsirinin olması Mezoterapiya üsulunu ən təsirli kosmetoloji metodlar sırasına daxil edir.

Prosedurun tətbiq olunması:

Üz, boyun və sinə qırışları

Üz və bədən dərisinin rəng tonunda azalma

Mikro dövranın pozulması (solğun dəri)

Yara və tikiş izləri

Dəri zəifliyi və hipertoniyası

Gücsüz dəri müalicəsi

Yağlı dərini səpkiləri (üz, sinə və arxa)

Kəskin olmayan akne ləkələri

Saç tökülməsinin qarşısının alınması və müalicəsi

Dəri qızartılarının aradan qaldırılması

Çapıqlar ( keloiddən başqa) və atrofiya