MİKRODERMABRAZİYA

Home / MİKRODERMABRAZİYA

Müasir kosmetologiyada dərinin relyefinin yaxşılaşdırılması, ləkələrin, səthi qırışların, çapıqların, genişlənmiş məsamələrin müalicəsi üçün müxtəlif metodlardan istifadə olunur. Bu metodlardan biri dərinin cilalanmasidır. Cilalanma zamanı aliminium – oksid kristallarından istifadə olunur. Bu kristallar dəriyə mexaniki təsir göstərərək dərinin üst buynuz hüceyrələrini köndələninə kəsir. Proses yüksək təzyiq altında baş verir və dəridən qopmuş elementlər onun səthindən vakuumla sovrulur.

Metod qeyri-invazivdir, demək olar ki, ağrısızdır. Prosedur zamanı dərinin bütövlüyü pozulmadığından heç bir ağırlaşma baş vermir. Sonda üzə sakitləşdirici maska qoyulur. Üz dərisinin iltihabi xəstəlikləri, herpes, kelloid çapıqlar, kuperoz olduqda bu prosedur məsləhət görülmür. Dərinin cilalanması mərkəzimizdə Almaniyanın Vita Peel aparatı ilə həyata keçirilir.

Prosedur aşağıdakı qüsurların aradan götürülməsində istifadə olunur:
* Akne, postakne genişlənməsi, məsamələr,ləkə
* Piqment ləkələri
* Müxtəlif mənşəli çapıqlar-yanıqsonrası, akne çapıqları, travma sonrası çapıqlar
* Səthi və orta dərinlikdə qırışlar

Prosedurdan alınan effektlər:
* Dərinin liftinqi, kollagen və elastiki liflərin sintezinin stimulyasiyası
* Dərinin tonusu, rəngi və strukturunun yaxşılaşması
* Qırışların, çapıqların hamarlaşması
* Məsamələrin yığılması, dərinin təmizlənməsi

Prosedur kurs şəklində aparılır, həftədə 1 dəfə olmaqla təqribən 4-7 seansdan ibarətdir.Prosedurdan 2-3 gün sonra dərinin qabıqlanması müşahidə olunur.