AXTARIŞ

Koronavirus xəstəliyindən özümüzü necə qoruyaq?

HOME / Məsləhətlər / Koronavirus xəstəliyindən özümüzü necə qoruyaq?

Məsləhətlər 2020-03-23 / BY BEAUTTECH

Koronavirus xəstəliyindən özümüzü necə qoruyaq?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu "pandemiya" elan edib, ölkələr karantinə bağlanıb, dünya iqtisadiyyatı ciddi itkilərə məruz qalır, insanlar panikaya düşür. Biz bu gün özünüzü və yaxınlarınızınecə qorumaq haqqda məlumat verəcəyik. 

Koronavirus nədir?
Yeni koronavirus növü spesifikdir, cünki son 20 ildə bu artıq üçüncü haldır ki, bu qəbildən olan virus insanlar arasında geniş yayılır və ciddi xəstəliklərə yol açır. Ölüm hadisələri çox vaxt yaşlı nəsil arasında qeydə alınıb. Hal hazırda dünyada 300 000-dən çox insan (22.03.2020) yeni koronavirusa yoluxub. Və gördüyümüz kimi insan nə qədər yaşlı olarsa, ölüm təhlükəsi bir o qədər yuxarı olur. Həmçinin insan bədənində olan diğər xəstəliklər, məsələn üçün ürək-damar və ya diabet xəstəlikləri bu virusa tutulma şansını daha çox artırır. 

Bu hal niyə baş verir? Belə bir fikir irəli sürülür ki, yaşlı insanlarda immun sistemi daha zəif olur və virusla mübarizəyə tab gətirmir. Lakin virusun insanı necə öldürdüyü hələ dəqiq bilinmir. Aydındır ki, bu sətəlcəmdir, lakin daha dərin mexanizmi hələdə də mütəxəssislər tərəfindən araşdırılır. Bu xəstəliyə tutulanların 80%, xüsusilə uşaqlar, xəstəliyi daha yüngül formada keçirirlər, adı soyuqlama kimi. 15% daha ciddi və həkim

həkim nəzarətində olmaqları mütləqdir. Yalnız 5% insanda bu xəstəlik çox ağır formada keçir. 

Özümüzü necə qorumalıyıq?


1. Əllərinizi tez-tez yuyun. Əgər əlllərinizi yumağa imkan yoxdursa, yüksək spirt tərkibli antiseptik ilə təmizləyin. Lakin unutmayın ki, heç bir antispetik əlləri yumağı əvəz edə bilməz.

2. İctimai yerlərdə məsafə saxlayın. Azərbaycanda vəziyyət İtaliyadakı kimi kritik olmasa da məsafə saxlamaq tövsiyyə edilir. İctimai nəqliyyatdan az istifadə edin.

3. Əlinizlə ağzınıza, burnunuza və gözlərinizə toxunmayın. Virusun daxıl olacağı ən asan kanallardır. 

4.Asqırdıqdan və öskürdükdən sonra əllərinizi təkrar mütləq yuyun! İctimai yerdə asqırıb, öskürəndə ağzınızı ovucun içi ilə yox, qolun dirsək hissəsi ilə tutun. Çünki, sonra ovucla stola, digər yerlərə toxunaraq virusu ötürmə riskini artıra bilərsiniz.

5. Telefonunuzn ekranın tez tez antibakterial salfetlə silin. Telefon ən çox mikrobu özündə saxlayan qurğulardan biridir. Sizdən öncə kimsə telefonunuza toxunubda, onu dezinfeksiya etməkdə tənbəllik etməyin. 

6. Özünüzü pis hiss etdikdə, soyuqlama və ya hərarətiniz olduqda yubanmadan həkim çağırın. Özünüzü ətrafdakılardan və ailə üzvlərindən izolasiya edin. Ətrafdakıları riskə atmayın. Şübhələndiyiniz an, Səhiyyə Nazirliyinin qaynar xəttinə 9103 zəng edin

Koronavirusun simptomları?
Bədən hərarətinin artması
Asqırma
Öskürək
Nəfəs alma çətinliyi

Özünüzü qoruyun və xəstələnməyin!