AXTARIŞ

ONU KƏŞF ET

Qaynar qayçı

ANA SƏHİFƏ / Saç studiyası / Qaynar qayçı

Saçqıran problemi ilə tez-tez üzləşirik, lakin hər zaman bu problemin həllini tapa bilmirik. Saçqıranlardan qurtulmağın yollarından biri və ən geniş yayılanı - qaynar qayçılardır. Qaynar qayçıların iş prinsipi ondan ibarətdir ki, usta kəsim zamanı, saçın uclarına bərkidir və saçqıranları uzaqlaşdırır. Saç quruluşunda olan keratin kütlələrinin bərkiməsi, maddələrin mübadiləsinə kömək edir, saçları ətraf mühitdə olan zərərli maddələrdən və saç ustalarının istifadə etdikləri alətlər və vasitələrdən qoruyur. Qaynar qayçılar, hər növ saç tipinə uyğundur. Belə ki, qayçının temperaturu tənzimlənir. Nazik saçlar üçün 110 dərəcə, normal saçlar üçün 130-150 dərəcə, cod saçlar üçün isə 150 dərəcə istilik uyğundur. Rənglənmiş saçlar üçün temperatur nisbətən aşağı olur. Nazik saçlar üçün 80-90, normal saçlar üçün 90, cod saçlar üçün isə 110 dərəcə istilik olmalıdır. Prosedura 1 saat – 1,5 saat davam edir. Usta saçları burub, rezin iplər vasitəsi ilə bağlıyır, saçın ucundaki saçqıranları təmizləyir və qaynar qayçı ilə saçlara forma verir. Saçqıranlardan tamamilə qurtulmaq üçün və saçların həcmli görünməsi üçün, ən azı 6 ayda 3 dəfə saç kəsimini qaynar qayçı ilə etmək lazımdır. Mütləq bilməli olduğunuz şeylərdən biri də odur ki, effekti yalnız kompleks yanaşmadan sonra müşahidə edə bilərsiniz. Ən ideal üsul, qaynar qayçı ilə saç kəsimindən sonra, xüsusi silikon əsaslı laminasiya və rekonstruksiyanın olunmasıdır. Qaynar qayçı ilə saç kəsimin effektini, yalnız saç tipinizə uyğun kosmetik vasitələrdən istifadə etdikdə, orqanizm lazımi vitaminləri qəbul etdikdə və digər saçburan üsullardan istifadə etmədikdə, görə bilərsiniz. Təcrübələrimizdın belə qənaətə gəldik ki, saçqıranlara qarşı yeganə mübarizə üsulu qaynar qayçı ilə saç kəsimidir.