AXTARIŞ

ONU KƏŞF ET

Mezoterapiya

ANA SƏHİFƏ / Kosmetoloji prosedurlar / Mezoterapiya

Mezoterapiya – aktiv maddələrin, (hialouran turşusu, fosfolipidlər, vitaminlər, minerallar, turşular və s.) kosmetoloqlar tərəfindən dərinin altına yeridilməsi prosesidir. Bu prosedura dəri hüceyrələrindəki mübadilə prosesini stimulizə edir, təbii halogeni aktivləşdirir, sinirlərin müdafiəsini gücləndirir, həmçinin çapıq və çopurları hamarlaşdırır. Bu proses sayəsində dəri daha cavan görünür, hamarlaşır və lazımi rəng tonusunu alır. Mezoterapiya haqda bir neçə maraqlı faktı nəzərinizə çatdırmaq istəyirik. 1-ci fakt – 2 cür mezoterapiya mövcuddur. Mezoterapiyanı 2 hissəyə bölmək olar: allopatik və homeopatik. Allopatik mezoterapiya - geniş yayılmış, hər kəsin bildiyi mezoterapiyadır. Homeopatik mezoterapiya – nadir hallarda istifadə olunan, çoxlarının xəbərdar olmadığı mezoterapiya növüdür. Homeopatik preparatların əsasında düzələn kokteylin konsentrasiyası çox aşağı olduğundan nəticə gec hiss olunur. 2-ci fakt – mezoterapiya tək kosmetologiyada istifadə olunmur. Mezoterapiyaya təkcə kosmetologiyada rast gəlinmir, həmçinin onurğanın, oynaqların və əzələ ağrılarının müalicəsində istifadə olunur. Mezoterapiyadan hissolunan nəticə əldə etmək üçün ortalama 10 prosedurdan keçmək lazımdır. Onların yeganə mənfi cəhəti hissiyatın zəifləməsidir. Bunun üçün anesteziyanın edilməsini tələb edə bilərsiniz. Prosedur kursunun effektini 6-10 ay ərzində və dərinizin xüsusiyyətlərinə uyğun görə bilərsiniz. 3-cü fakt – mezoterapiyanın əksgöstəriciləri minimaldır. Hamiləlik və südvermə dövründə proseduradan imtina etməyiniz doğru olar. Əks göstəricilərin arasında ən əsasları bunlardır: dəriyə infeksiya düşmə və soyuqdəymə, onkologiya, preparatlara qarşı allergiya. 4-cü fakt – mezoterapiyanı ev şəraitində etmək olar. Mezoterapiyanı mezoroller sayəsində ev şəraitində etmək olar. Adətən evdə istifadə olunan mezorollerin iynələri çox uzun (0.2 mm-0.5mm) olmur. Bu, qida maddələrinin epidermisə daxil olması üçün yetərlidir. Ev şəraitində maksimum effekt əldə etmək üçün komponentləri dərinin epidermal qatında çatışmayan yerlərə çatdırmaq lazımdır. Ev şəraitində olan mezoterapiyanın effekti daha azdır, nəinki kosmetoloqun yanında. Ona görə proseduru mezoroller əvəzləyə bilmir, lakin profilaktik tədbir üçün uyğundur. 5-ci fakt – mezoterapiyanın effekti 1 il qalır. Əgər mezoterapiya kursunun 6-8 proseduru keçibsə, effektin müddətini 6 aydan 1 ilə qədər çəkəcəyini əminliklə söyləmək olar. Effekt dərinin xüsusiyyətlərindən və yeridilən kokteylin keyfiyyətindən asılıdır. Məsləhət görülür ki, əgər effektin 1 ildən çox olmasını istəyirsinizsə, ayda 1 dəfə və ya 2 ayda 1 dəfə dəstəkləyici prosedurlara gedəsiniz.