AXTARIŞ

ONU KƏŞF ET

Lazer epilyasiyası

ANA SƏHİFƏ / Epilyasiya / Lazer epilyasiyası

Biz tüklərdən beynəlxalq azadolma texnalogiyasından – Aleksandrit lazerdən istifadə edirik. Candela Aleksandrit texnologiyası arzuolunmayan tüklərdən qurtulmaq üçün tibbi cəhəttən isbat olunmuş ən yaxşı üsuldur. Aleksandrit lazer metodu tüklərin həm üzdən həm də bütün bədəndən aradan qaldırılmasına kömək edir. Aleksandrit lazer epilyasiyası Aleksandrit lazer epilyasiyası hal hazırda bütün dünyada müvafiq olan ən effektiv metoddur. Çünkü bu epilyasiya növü tük köklərinin zərərərsizləşdirilməsi üçün lazım olan ən mükəmməl dalğa genişliyi hesab olunan (755 nanometr) şüanı saçaraq, tük köklərini zərərsizləşdirir. Daha köhnə və ucuz başa gələn prosedur olan IPL lazer texnologiyası bir neçə salonlar tərəfindən istifadə olunmasına baxmayaraq, şuaların saçılma gücü kifayət qədər olmadığı üçün Aleksandrit lazer epilyasiyası qədər effektiv deyil. Adətən IPL lazer texnologiyası daha ucuz başa gələn bir metod kimi bilinir, lakin Aleksandrit lazer epilyasiyası ilə müqayisədə prosedurun təkrarlanma müddəti daha uzun olduğu üçün, əslində daha baha başa gəlir. Bəs bütün Aleksandrit lazer epilyasiyaları eynidir? Xeyr. Sadəcə insanların daha çox istifadə etməsi, bu texnologiyanın yaxşı olması demək deyil. Eyni zamanda Aleksandrit lazer epilyasiyası yüksək keyfiyyətli, təcrübəli heyət tərəfindən yerinə yetirilməsi lazım olan prosedurdur. Bu prosedur davam edən təlim və təcrübələrdə iştirak edən, epilyasiya ilə bağlı bütün yeniliklərdən xəbərdar olan heyətimiz tərəfindən aparılır. Və beləliklə, müştərilərimiz öz terapevtlərinin təcrübə və bacarıqlarına güvənərək rahat şəkildə xidmətdən faydalana bilərlər. Hal-hazırda lazer epilyasiya xidmətləri, demək olar ki, hər yerdə mövcuddur – lakin bu mərkəzlərin etibarlı olduğuna nə qədər əminsiniz? Bəzi lazer mərkəzləri yanlış vədlər verərək, köhnə texnologiyalardan istifadə edir və sizin daha çox pul xərcləməyinizə səbəb olurlar. Lazer epilyasıyası haqqında Aleksandrit lazer epilyasiya xidmətlərindən istifadə etmək zərif və həssas dərilər üçün etibarlıdır, çünki biz heç bir kimyəvi maddədən istifadə etmirik. Bəs lazer arzuolunmayan tükləri necə yox edir? Lazer tük köklərinə zərər verən xüsusi Photothermolysis adlı texnologiya ilə çalışır. Lazerdən istifadə incidir? Bizim Gentelase aleksandrit aparatımız epilyasiya zamanı dərini qismən soyuqla uyuşduraraq proseduru demək olar ki ağrısız hala gətirir.