AXTARIŞ

ONU KƏŞF ET

Dırnaq xidməti

ANA SƏHİFƏ / Dırnaqlara qulluq / Dırnaq xidməti

Dırnaq baxımı – tək dırnaq rənglənməsi ilə bitmir, gözəl və dəbli manikür, baxımlı əl dərisi və səliqəli dırnaqlar da bura aid olunur. Dırnaq baxımını özünüz sərbəst də edə bilərsiniz, lakin peşəkarlara etibar etsəniz, fərqi hiss edəcəksiniz. Bizim salonumuz dırnaq baxımının bütün xidmətlərini həyata keçirir. Dırnaq xidmətinə nələr daxildir? Əllərinizi incə və baxımlı, ayaqlarınızı isə baxımlı və sağlam edən hər şey. Dırnaq mayasında yaranın və qəbərin olmaması, dərinin möhtəşəm olması, dırnaqların ideal formada olması, keyfiyyətli və eksklüziv formalaşdırılması, dayanıqlı səthin olması, professional və təcrübəli ustanın dırnaq baxımı deməkdir. Bu sahədə təklif etdiyimiz xidmətləri 4 əsas hissəyə bölmək olar: 1. Manikür. Manikür etməyin klassik üsuldan eksklüziv üsula qədər bir neçə növü var. Onların hər biri əllərinizin sağlamlığı, təbii gözəlliyi, müalicəsi və dizaynı yönündədir. 2. Pedikür. Ayaq dırnaqları xidmətinin metodları bir qədər manikürla uyğunlaşır. Çünki pedikür daha kompleksli anlayışdır, quru qəbərlərin kənarlaşdırılması, dərinin nəmləndirilməsi və qidalandırılması da buraya daxildir. 3. Dırnaq qaynağı. Bu metod, dırnaqlar yetərincə sıx quruluşda olmayanda, qat-qat olanda və istədiyiniz qədər uzanmayanda aparılır. Dırnaq qaynağı ilə tanış olandan sonra xanımlar həm baxımlı, həm də uzun dırnaqlara sahib oldular. 4. Baxım üçün SPA-prosedurlar. Dırnağa qayğıdan daha artıqdır. Bu, əsl qayğını, rahatlığı hiss etməyi, valehedici ətrin həzzini duymağı və zövqü yaşamağa imkan yaradır. Dərinin və dırnaqların cavanlaşması və sağlamlığı prosesini özündə cəmləyən bu prosedura, tam bir fəlsəfədir.