ALMAZ DERMABRASION

Home / ALMAZ DERMABRASION

Microdermabrasiya (dərinin cilalanması və ya almaz microdermabrasiya) üzün kimyəvi pilinqi üçün istifadə edilən ən təsirli üsullardan biridir. Microdermabrasiya (Mikrocilalama) və ya dərinin cilalanması — “ölü” dəri hücrələrindən qurtulmaq  və dərinin yenidən bərpası üçün tətbiq olunan yumşaq və ağrısız bir üsuldur. Təxminən 4-6 prosedurdan dərhal sonra yalnızca xarici görünüşdə olan təsiri deyil eyni zamanda prosedurun daxili cavanlaşdıran effektini də hiss etmək mümkündür. Siz də, yaranacaq qırışların qarşısını almaq və ya artıq peyda olmuş qırışlardan qurtulmaq istəyirsiniz?

Microdermabrasiya qırışları hamarlaşdırır, yaş hiperpigmentasyonunu azaldır və ən əsası dəriyə yenidən təravət bəxş edən yeni kollagen və elastinin inkişafını təmin edir. Siz dərinizin yenidən canlanmasına kömək edirsiniz, öz növbəsində isə, dəriniz sizə “təşəkkürünü” inanılmaz gözəlliyi və çiçək təravəti ilə bildirir.

Microdermabrasiya üsulunun uzun müddət tətbiqi sizlərə çapıq , zədə və əməliyyat izlərindən qurtulmaqda kömək edir. Həmçinin, akne çapıqlarını və geniş qara ləkələri də aradan qaldırır.

Microdermabrasiya üsulu ( üzün kimyəvi pilinqi)  zərif və incə bir prosedur olmaqla yanaşı, eyni zamanda doğum sonrası izlərin, dəridə çırılmaların və keloidin azaldılmasında yardımcı olan effektiv bir prosedurdur.