Haqqımızda

Home / Haqqımızda

“Beauttech”-in rəsmi internet səhifəsinə xoş gəlmisiniz!

Bir qədər ‘’Beauttech’’ haqqında;

“Beauttech by Elnara Nakhmedova” Bakı şəhərində 6 böyük filialı olan və gözəllik sahəsində aparıcı rola malik olan salonlar şəbəkəsidir.

Birinci salon 2008-ci ildə açılmış və növbəti 9 il ərzində təqdim etdiyi yüksək xidmətlər və keyfiyyət ilə fərlənərək, ən peşəkar gözəllik salonu kimi şöhrət qazanmışdır.

Salonun qurucusu və direktoru – Elnarə Nəhmədova 23 il müddətinə stilist vəzifəsi üzrə təcrübəyə malikdir və artıq 9 ildir ki, “Beauttech” salonlar şəbəkəsinə rəhbərlik edir.

Salonun daxilində “Beauttech” məktəbi fəaliyyət göstərir.

Bizim təcrübəli ustalarımız öz işlərinə yaradıcı yanaşırlar. Durmadan dəyişən dəblə ayaqlaşmaq, yüksək ustalıq tələblərinə cavab vermək və ən yaxşısını edə bilmək üçün stilistlərimiz hər zaman öz ixtisaslarını təkmilləşdirmək üzərində çalışırlar.

Bizim başlıca məqsədimiz – müştərilərimizin məmnuniyyətini təmin etməkdir.

İxtisaslı kosmetoloqlar, saç ustaları, dırnaq ustaları sizə mükəmməl obraz yaratmaqda və təbii cazibədarlığınızı ön plana çıxartmaqda kömək edəcəklər.

Salonumuz gözəllik sahəsindəki bütün xidmətlərlə kompleks şəklində məşğul olur. Sadəcə bir gözəllik sahəsi ilə məşğul olan salonlarda vaxt itirməyinizə ehtiyac yoxdur. Sizə lazım olan hər şey sadəcə bir ünvanda. Hər zaman sizi görməyə şad olarıq!