AXTARIŞ

Keratin nədir və hansı faydaları var?

HOME / Məsləhətlər / Keratin nədir və hansı faydaları var?

Məsləhətlər 2020-07-30 / BY BEAUTTECH

Keratin nədir və hansı faydaları var?

Son vaxtlar qadınların daha çox maraq göstərdiyi sahələrdən biri də saçların keratin ilə düzləşdirilməsidir. Xanımlar tərəfindən rəğbətlə qarşılanan keratin düzləşdirilməsi qısa müddət ərzində kişilərin diqqətini də çəkməyə başlayıb. Bu gün kişilər arasında keratin düzləşdirilməsi qadınlar qədər geniş yayılmasa da, hər halda bunu etdirənlər də az deyil.

Keratin xüsusilə, çox qabaran, elektriklənən və ya sözə baxmayan saçlar üçün nəzərdə tutulub. Bəs keratin nədir? Qulluğu necə olmalıdır? Və saça keratin tətbiq etməyin faydaları və zərərləri nələrdən ibarətdir? Saçlarınıza tətbiq etməzdən öncə bilməli olduğunuz bütün məqamlar bu yazıda qeyd edilib.

Keratin

Vətəni Brazilya olan keratin saçın, dırnaqların və dərinin təməl proteinidir. Uzun müddət fen, saç düzləşdirici vasitələrdən istifadə etdikdə, saçın keratin toxumasında və saçı qoruyan üst təbəqədə yanmalar və toxumaların zədələnməsi baş verir. Buna görə də saç yanır və əl vurduqda parça təsiri bağışlayır. Sözə baxmır

və fensiz forma ala bilmir. Belə olduqda saça keratin müalicəsi tətbiq edilir. Bu, saçlarınızı düz və yumşaq edər, həmçinin yanmış telləri də müalicə etmiş olarsınız.

Lakin keratinin uzun müddət qalmasını istəyirsinizdə bu, ustalar tərəfindən tətbiq edilməlidir. 

Keratinin faydaları:

Saç işığı daha yaxşı əks etdirir buna görə, saçlar daha parlaq görünür.
Sözə baxmayan, qabaran saçları düzləşdirir.
Keratinin uzun müddət qalması üçün ustalar tərəfindən tətbiq edilməlidir.
Hər gün saç düzləşdirmək, fenləmək məcburiyyətində qalmaq istəmirsinizsə keratin tətbiq edə bilərsiniz.

Beauttech gözəllik salonları şəbəkəsində müştərilərə "Let me be" keratini tövsiyyə edilir. "Let me be" keratin liniyasına həm botoks həm də nanoplastika daxildir.


"LET ME BE" KERATİNİN ÜSTÜNLÜKLƏRİ:

✔️100% istənilən qıvrım saçları düzləşdirir
✔️Orqanik və Təbii keratindir
✔️Tərkibində Formaldegid yoxdur
✔️Saçları güclü qidalandırır və nəmləndirir
✔️Kəskin qoxu və tüstüsü olmur
✔️Prosedur günü saçı yumaq olur.
✔️ Saçlarda effekti 6-8 ay