AXTARIŞ

Laminasiya və onun kirpiklərə tətbiqi üsulları

HOME / Trendlər / Laminasiya və onun kirpiklərə tətbiqi üsulları

Trendlər 2020-10-26 / BY BEAUTTECH

Laminasiya və onun kirpiklərə tətbiqi üsulları

Demək olar ki, hər bir qadın gözəl və cəlbedici baxışlarının olmasını istəyir. Burada gözlər nə qədər rol oynayırsa, kirpiklər də o dərəcədə əhəmiyyət daşıyır. Kirpiklər gözlərin daha da cəlbedici görünməsinə kömək edir. Lakin bəzi qadınların kirpikləri kiçik olur. Bəzən kirpiklər nəzərə çarpan dərəcədə həcmli olmur və bu zaman xanımları narahat edir. Bu da öz növbəsində bəzən qadınların özgüvən hissinin azalmasına və ya özlərinin kifayət qədər gözəl olmadıqlarını düşünmələrinə gətirib çıxarır. Lakin belə bir prosedur var və demək olar ki, bir çox ölkələrdə həyata keçirilir. Bu kosmetik prosedur laminasiya adlanır. 

Ümumiyyətlə, bir çox qadınlar gözəllik aşiqi olduqlarına və gözəl olmağın vacib olduğunu düşünərək müxtəlif prosedurlardan yararlanırlar. Əvvəllər heç kimin ağlına belə gəlməzdi ki, heç bir süni kirpikdən istifadə etmədən kirpiklərin uzadılması mümkündür. 

Kirpik laminasiyası nədir? 
Çoxunuz kirpik laminasiyasını kirpik qaldırılması və ya kirpik qaynağı ilə qarışdıra bilər. Lakin sadaladığımız prosedurlardan fərqli olaraq bu təbii kosmetik prosedurdur. Yəni müraciət edən müştərinin öz kirpiklərinin müəyyən kimyəvi vasitələrin köməyilə gözlərinin ölçüsünə görə müəyyən ölçüdə böyüdülməsidir. Bu prosedur kirpiklərinizin daha qalın, möhkəm, sağlam olmasını təmin edir. Həmçinin, kirpiklər daha həcmli olur və yuxarı qalxaraq daha gözəl görüntü əldə edir. Kirpik laminasiyası üçün keratin adlanan maddədən istifadə olunur.

Kirpik laminasiyası kirpikləri həm də qidalandırır və keratindən istifadə etməklə onun həcm və möhkəmliyinin daha qalıcı olmasına kömək edir.

KERATİN 
Keratin adlı kimyəvi maddənin saçlar üçün istifadə olunduğunu

bilirsiniz. Heç bilirdinizmi ki, keratin maddə kirpiklərin laminasiya olunmasında istifadə olunur? Bilmirdinizsə, bu bloqu oxuyaraq öyrənəcəksiniz. Keratin kirpiklərin tərkibində də var. O, kirpiklərin ən vacib komponentidir. Ona görə də onların səviyyələrinin nə dərəcədə və necə fərqləndiyini bilmək lazımdır. Təbii kirpiklər 75% dən 96 % ə kimi təbii keratindən ibarət olur. Lakin nəzərə almaq lazımdır ki, tünd dərili qadınların kirpiklərindəki keratinin miqdarı açıq rəngli qadınların kirpiklərindəki keratinin miqdarından az olur. Ancaq tünd dərili xanımların kirpiklərinin qoruyucu üst qatı daha qalındır və kirpiklərin qaldırılması və dalğasını dəyişmək bir az vaxt aparır.

KİRPİK LAMİNASİYASI NECƏ EDİLİR
Kirpik laminasiyası prosedurunu icra edərkən göz qapağına xüsusi örtük qoyulur, kirpiklər səliqəyə salındıqdan sonra aktivator tətbiq olunur. Bu kirpiyi zədələmir, sadəcə burur və yuxarı qaldırılmasına kömək edir. Bundan əlavə nəzərinizə çatdırmaq istərdim ki, bu aktivator maddənin tərkibində lanolin var. Lanolin maddə kirpikləri nəmləndirir. Aktivatoru sildikdən sonra kirpiklərin formasını qorumaq üçün xüsusi məhlul tətbiq edilir. Növbəti mərhələdə kirpiklər rənglənir.

Müalicə prosesində kirpikləri qidalandırma ilə təmin etmək üçün müxtəlif vitamin və minerallardan ibarət Botoksdan da istifadə etmək olar. Botoks bir növ kirpikləri gücləndirmək və qalınlaşdırmaq üçün istifadə olunan vasitədir. Bunu digər botoks prosedurla səhv salmayın.

Sonda isə keratin maddə kirpiklərə tətbiq edilir. Sonra göz qapağına qoyulmuş örtük götürülür. Bununla da laminasiya prosesi başa çatır.

Gözaltı qırışlar da sizi narahat edirsə müəyyən prosedurlardan keçib sonra kirpik laminasiya prosedurundan faydalana bilərsiniz.