AXTARIŞ

SAQQAL HAQQINDA ТОP-5 FAKT

HOME / Maraqlı faktlar / SAQQAL HAQQINDA ТОP-5 FAKT

Maraqlı faktlar 2019-06-30 / BY BEAUTTECH

SAQQAL HAQQINDA ТОP-5 FAKT

Tarix boyu bəylərin saqqalı haqqında çox əhvalatlar və hadisələr eşitmişik. Bir dövrdə insanlar saqqala qarşı çıxsa da, bir dövr bunu dəb kimi qəbul edib. Bizim  dövrümüzdə saqqal dəb kimi qəbul olunur, hətta səliqəlilik və kişilik etalonuna da çevrilib. Əgər bəylər səliqəli saqqal daşımaq istəyirlərsə, onda növbəti yazılan faktları mütləq oxumalıdırlar.

Fakt 1. Saqqal xanımların xoşuna gəlir, ancaq hamısının yox.

Bəzi araşdırmalardan sonra məlum olub ki, bəylərin saqqalı qadınlarda özgüvən, xarici gözəllik və xarizmatik şəxsiyyət görünüşü ilə assosiasiya olunur. Bir digər araşdırma zamanı xanımların təmiz, saqqalsız üzün daha seksual və cəlbedici göründüyü fikrində olduqları ortaya çıxıb. Ona görə “Yalnız saqqallı bəylər xanımların diqqət mərkəzindədirlər” ifadəsi doğru deyil. 

Fakt 2. Saqqal bəyləri uğurlu və yaşlı göstərir. Araşdırmalar zamanı saqqalı olan bəyləri cəsur və güclü görən xanımların onlara az güvəndikləri ortaya çıxmışdır. Statistikaya əsasən mübahisə yaranan situasiyaların əksərində saqqalı olan bəylər diqqət mərkəzində olur.

Fakt 3. Saqqallı bəylər uşaqlara qarşı mehriban olur. Baxmayaraq ki, statistika saqqallı bəylərin daha

daha aqressiv olduğunu deyir, digər statistika isə saqqallı bəylərin uşaqlara qarşı daha çox diqqət və qayğı ayırdığını deyir, nəinki saqqalsız bəylərin.

Fakt 4. Saqqalın üz dərisinin gec qocalmasında rolu var. Bəzi qədim tayfalarda saqqal qadağası olduğundan, hər kəs saqqalsız gəzirdi. Digər xalqlar saqqalın səliqəli və xoş görünüşlü olduğunu düşünürdü, ona görə əksər bəylər saqqal ilə gəzirdi. Saqqalın müsbət cəhətlərindən biri də, üz dərisini ultrabənövşəyi şüalardan təxminən 95 % qorumasıdır.

Fakt 5. Saqqalı qəbul edib-etməmək tamamilə cəmiyyətin fikrindən asılıdır.

Bir araşdırma göstərir ki, xanımların saqqala qarşı münasibəti şəxsi zövqlərindən asılı olduğu qədər, insanlar arasında yaranan fikir qədər önəmlidir. Saqqal dəbdən düşəndən sonra saqqal saxlayanlara qarşı xanımların marağı yüksək olur. Yenidən dəbə mindiyi zaman isə, saqqalı olan bəylər ətrafda daha az emosiya yaradırlar. Bu 5 fakt saqqal haqda əsla tükənən məlumatlar deyil. Bir çox xanımlarda və bəylərdə “saqqal niyə saralır?”, “niyə saqqal hər kəsdə fərqli sürətlə uzanır?” sualları yaranır. Mütəxəssislərin bu suallara cavabları təəccüblü və tükənməzdir.