AXTARIŞ

ƏLLƏRƏ QULLUQ HAQDA MƏSLƏHƏTLƏR

HOME / Məsləhətlər / ƏLLƏRƏ QULLUQ HAQDA MƏSLƏHƏTLƏR

Məsləhətlər 2019-07-02 / BY BEAUTTECH

ƏLLƏRƏ QULLUQ HAQDA MƏSLƏHƏTLƏR

Əllərinizin gözəl görünməsi üçün ilk növbədə edəcəyiniz şey – ev işləri gördüyünüz zaman mütləq əlcək geyinməyinizdir. Əgər adi iş əlcəkləri sizin əlinizə uyğun deyilsə, aptekdən sterlizə olunmamış tibbi əlcək geyinə bilərsiniz. Bu əlcəklər sizin əlinizin istini hiss etməməsi üçün uyğundur. Əsasən də, qab yuyan zaman çox rahatdır. Yeganə mənfi cəhəti tez sıradan çıxmasıdır, bunun üçün, evdə ehtiyat əlcəyinizin olması şərtdir.

Əllərinizi yuyarkən duru və krem tərkibli sabunlara üstünlük verin. Onlar əlinizin dərisinə daha incə təsir göstərir, nəinki sərt sabunlar. Antibakterial sabunlardan ehtiyac yaranarsa, istifadə etmək olar. Gündəlik baxım üçün isə onlar yararsızdır.

Evdən kənarda əllərinizi nəm salfetlərlə silin və ya xüsusi dezinfeksiya edən

mayelərdən istifadə edin.  Əl kremindən daim istifadə edə bilərsiniz, gün ərzində istədiyiniz zaman olar. Ona görə əl kremi baxımlı xanımların çantasında daim olmalıdır. Gün ərzində krem vurmağa vaxt tapmadığınız halda gecə yatanda mütləq əlinizə və dırnaqlarınıza krem sürtün. Saçlarınıza və üz dərinizə göstərdiyiniz qayğını ən azı həftədə 1 dəfə əllərinizə göstərməlisiniz. Əlinizə qulluq etdiyiniz zaman dırnaqlarınızı əsla unutmamalısınız. Onlar üçün xüsusi maskalardan, yağlardan istifadə edin. Təbii ki, manikür haqda da düşünməlisiniz. Baxımlı əllər manikür olunduqdan sonra gözəlliyini uzun müddət qoruyur. Təbii ki, manikürü heç kəs təxirə salmır. Bizə zəng edin ki, biz də sizin əllərinizin gözəllik və sağlamlıq baxımından qeydinə qalaq.