AXTARIŞ

EV ŞƏRAİTİNDƏ SAÇ GÜCLƏNDİRİCİ MASKA

HOME / Məsləhətlər / EV ŞƏRAİTİNDƏ SAÇ GÜCLƏNDİRİCİ MASKA

Məsləhətlər 2019-07-02 / BY BEAUTTECH

EV ŞƏRAİTİNDƏ SAÇ GÜCLƏNDİRİCİ MASKA

Möhtəşəm saçlar xanımların sağlamlığının və gözəlliyinin göstəricisidir. Saçlara ev şəraitində qulluq etməyin bir neçə sadə üsulu var. Onların bir çoxu həqiqətən də çox asandır və az zaman alır. Bu gün məhz onlardan danışacağıq.

Resept 1.

Saç gücləndirmək üçün maska. Bunun üçün bizə lazım olacaq:

1 ç. qaşığı qliserin,

1 yumurta sarısı,

1 ç. qaşığı kastor yağı,

1 ç. qaşığı sirkə.

Yaxşı qarışdırdıqdan sonra alınan məhlulu

saçın kökünə yaxmaq lazımdır. Başınızı məhrəba ilə yarım saat bağlı saxladıqdan sonra yuya bilərsiniz.

Resept 2.

Qidalandırıcı maska. Suda qızdırılmış 2 x. qaşığı zeytun yağına 1 x. qaşığı bal əlavə edirik. Bal yumşalandan sonra yumurta sarısı əlavə edirik. Daha sonra limonun yarısını üstünə sıxırıq. Məhlul hazırdır. Saça yaxdıqdan 1 saat sonra yuya bilırsiniz. Maska 3 gündə 1 dəfə istifadə edilir.