AXTARIŞ

ONU KƏŞF ET

Kontur plastİkası

ANA SƏHİFƏ / Kosmetoloji prosedurlar / Kontur plastİkası

Kontur Plastika müasir kosmetologiyanın fəxri hesab olunan, unikal prosedurlar sistemidir. Prosedurun tətbiqi zamanı qırışlar, dəridəki qatlar ağrısız və tez bir zamanda yox olur və dərini bərpa edir. Bütün bu inanılmaz dəyişikliklər heç bir cərrahi müdaxilə tələb etmir. Digər tərəfdən isə, kontur plastika üz dərisindəki hətta cərrahiyyə yolu ilə belə aradan qalxması mümkün olmayan bir çox problemlərin də aradan qalxmasına kömək edir. (Burun ətrafı qatlar, göz ətrafı torbalar) Kontur Plastika – Xüsusi tərtib olunmuş hyaluron turşusunun dəri altına tətbiq edilməsidir. Hyaluron turşusu dərinin öz komponenti olan təbii bir maddədir, hansı ki dərinin elastik və nəm olmasını təmin edir. Və bu səbəbdən, bu turşunun dəriyə tətbiqi zamanı heç bir əks təsirə və allergiyaya səbəb olmur. Turşunun cavanlaşdırma effekti iynənin tətbiqindən dərhal sonra hiss olunur. Və presudur 30 dəqiqədən az bir müddətdə başa çatır. Estetik mütəxəssisləri dərinin cavanlaşdırılması məqsədi ilə əsas tərkibi hyaluron turşusundan ibarət olan xüsusi bir preparat tərtib ediblər. Dərinizin təbii gözəlliyini kontur plastikanın köməyi ilə ağrısız və tez bir zamanda bərpa edin! Prosedurun ən möhtəşəm tərəfi ondan ibarətdir ki, baş döndürən nəticəni iynədən dərhal sonra hiss edəcəksiniz. Sizə lazım olan preparatın seçimini isə kosmetoloqa həvalə edin. Bizim salonlar şəbəkələrimizdə, müştərilərimizin dəri növlərini, dərinin vəziyyətini nəzərə alaraq, onlara lazım olan preparatları düzgün və ehtiyac olan miqadarda təyin edən peşəkar mütəxəssislər çalışır. Preparat heç bir iz buraxmayan mikro iynələr vasitəsi ilə dəri altına yeridilir. Bu prosedur təxminən 30 dəqiqə davam edir. Kontur Plastika tətbiq olunduqdan sonra dəridəki şişkinlik tez bir zamanda yox olur, cavanlaşdıran təsiri gözlə görünən şəkildə hiss olunur, dərinin metabolizması inkişaf etməyə başlayır. Prosedurun təsiri 12 ay müddətində davam edir, xəstənin istədiyi təqdirdə müalicə metodu təkrar olunur. İynənin izləri (tətbiq olunan hissədə yüngül qızartı) bir və ya iki gün ərzində yox olur. Prosedurun nəticəsi isə – sağlam elastik və gözəl dəri, planimetrik və volumetrik prosesin ertəsi gün görmək mümkündür.