AXTARIŞ

ONU KƏŞF ET

Saç kəsİmİ

ANA SƏHİFƏ / Saç Studiyası / Saç kəsİmİ

Müasir kişi saç düzümləri, heyvanların yağı ilə saç düzümü edəndən bu günə qədər yetərincə uzun yol qət edib. XX əsrin saç düzümlərinə fərqli mədəniyyətlərin, siyasi hərəkatların və məhşurların təsiri böyükdür. Onların bəziləri mədəniyyətə çevrilsə də, bəzilərini yaratmaq üçün uzun zaman lazım olduğundan sadəcə tarixə çevriliblər. Bəylər hər zaman dəblə ayaqlaşmağa üstünlük vermirlər: onların maraq dairəsində olan rahatlıq və praktiklikdir. Bir çoxları saç ustası ilə birlikdə, illərlə sınaqlardan keçirərək saç stilini təyin edirlər. Seçimdə rol oynayan kriteriyalar: saç tipi, üz cizgiləri və həyat tərzidir. İdeal üz quruluşu – oval üz olandır, ona görə də əksər saç düzümləri oval üz quruluşu üçün nəzərdə tutulub. Məsələn, üz forması yumrudursa, başın üst hissəsində saçlar uzun saxlanılmalıdır, kənarlarda isə qısaldılmalıdır. Əgər burulan hissələr varsa, o zaman bu zonalarda saçın uzunluğunu düzgün müəyyən etmək lazımdır. Bu zonada, saçlar ya tamamən qısa olmalıdır, ya da çox uzun olmalıdır ki, saçlar öz ağırlığı ilə meyilləndiyi istiqaməti təyin etsin. Əgər başda çıxıntılar varsa, məsələn, başın arxasında olan sümük çıxıntıları, o zaman həmin zonada çox saç saxlamaq düzgün olar.