AXTARIŞ

ONU KƏŞF ET

Manİkür

ANA SƏHİFƏ / Dırnaqlara qulluq / Manİkür

Dırnaqlar, vizit kartı kimi bəylərdə ilkin təəssürat yaratmağa kömək edir. Qarşımızda duran təcrübəli insanlara, nə qədər baxımlı olduğundan və sağlam əllərə sahib olduğundan xəbər verir. Dırnaq baxımı bəylər üçün nə qədər önəmlidir, kimə və nəyə lazımdır? Cavab çox sadədir – müsair dövrdə bəylərimiz iş ortamında baxımlı və sağlam görünməlidirlər. Dırnaq baxımı dedikdə əsasən manikür və pedikür nəzərdə tutulur, bəzi hallarda isə dırnaq qaynağı da ola bilər. Manikür sizin əllərinizi incə və cəlbedici edir. Pedikür isə sizin ayaqlarınızı baxımlı və sağlam göstərir. Tez-tez dırnaq ustalarının yanına getmək, bəylərin əllərinin və ayaqlarının sağlamlığını qaydasında saxlayır. Manikür və pedikür, müasir dünyamızda artıq neçə illərdir ki, tək xanımlara aid olmadığı sübuta yetirib. Özünə qayğı göstərən bəylər dırnaq baxımından mütləq istifadə edir və anlayırlar ki, gözəl və sağlam görünmək müasir dövrdə vacib amillərdəndir. Salonumuzda bəylər üçün fəaliyyət göstərən, təcrübəli manikür və pedikür ustaları, sizə dırnaq baxımına aid peşəkar məsləhətlər verəcəklər. Salonumuzda bəylərə əl və daban baxımı xidməti təklif edirik.