AXTARIŞ

ONU KƏŞF ET

Saqqala qulluq

ANA SƏHİFƏ / Saqqal baxımı / Saqqala qulluq

Artıq neçə müddətdir ki, saqqal bəylər arasında məhşur bir trendə çevrilib. Xanımlarda isə saqqala qarşı ikrah hissi yox, əksinə saqqalı olan bəylərə qarşı simpatiya yaranıb. Saqqala əsasən də məhşur bəylərin meyil etməsinin şahidi oluruq. Təbii ki, cavanların bu trendə qoşulmasında onların payı var. Ona görə saqqal prosedurları edən salonlar hal-hazırda olan maraqdan lazımınca yararlanır, saqqal kəsimi, forma verilməsi və boyanması kimi xidmətlər göstərir. Dəqiq konturlu saqqal hər kəsə yaraşmır. Lakin saçları səliqəyə salmaq lazımdır ki, səliqəsiz boyunarxası heç də ürəkaçan görünmür. Digər tərəfdən bu kiməsə xoş ola bilər. Ən ideal variant saqqalın alt hissəsini səliqəyə salmaqdır, hansı ki, hər insanda fərqli uzunluqda olur. Bəzən saqqalın boyanması estetik cəhətdən deyil, zərürətdən yaranır. Elə hallar da olur ki, bəylər saqqalın rəngindən narazı olurlar. Buna səbəb, saqqalın saç rəngi ilə fərqlənməsi və ya illərlə uzanan saqqalın ağaran tüklərin altında qalması olur. Qocalmağın ilkin əlamətlərini hər kəs eyni hisslə qarşılamır. Burda bəylərin köməyinə saqqalın rənglənməsi çatır. Saqqalın rəng tonlaşdırılması müvəqqəti boyanma sayılır.