AXTARIŞ

ONU KƏŞF ET

Kİmyəvİ pİlİnq

ANA SƏHİFƏ / Kosmetoloji prosedurlar / Kİmyəvİ pİlİnq

Kosmetologiyada dərinin müxtəlif problemlərinin korreksiyası üçün kimyəvi pilinqlərdən istifadə olunur. Pilinq epidermisin müəyyən qatlarının istiqamətlənmiş soyulma prosesinə deyilir. Kimyəvi pilinq məqsədi ilə mərkəzimizdə AHA turşularından ( qlikol, süd, üzüm, və s) istifadə olunur. Turşuların təsirindən dərinin zədələnməsi baş verir ki, bu da dərinin regenerasiya qabiliyyətini aktivləşdirir, nəticədə kollagen, elastin liflərinin və hialuron turşusunun sintezi artır, yeni hüceyrələr əmələ gəlir və s. Dərinin, səthi qırışların hamarlanması, çapıqların, müxtəlif piqment ləkələrinin, genişlənmiş məsamələrin müalicəsi məqsədi ilə istifadə olunur. Prosedur kurs şəklində aparılır, turşunun tədricən 30, 70%-li qarışıgından istifadə olunur, prosedurdan 7-10 gün əvvəl dərinin turşuya həssaslığını aradan qaldırmaq üçün xəstəyə evdə istifadə etmək üçün həmin turşunun 7-12% qarışığı verilir. Pilinqin effektivliyi turşunun ekspozisiya (üzdə saxlanılma) müddətindən asılıdır. Dəri növündən və dərinin həssaslığından asılı olaraq bu proses 3-10 dəqiqə çəkir. Turşu dəridən xüsusi neytralizator vasitəsi ilə təmizlənir. Pilinqlərin ən effektivlərindən biri də mindal pilinqidir. Mindal turşusunun molekulları ölçüsünə görə qlikol turşusununkundan böyük olduğundan dəriyə yavaş-yavaş daxil olur və dərini daha az qıcıqlandırır. Buna görə də ondan həssas dərilərdə belə istifadə etmək mümkündür. Həmçinin mindal turşusu dəridə fotosensibilizasiya (günəşə həssaslıq) və melanogenez (piqment əmələ gəlmə) prosesinin zəiflətdiyi üçün onu qızmar günəşli günlərdə də tətbiq etmək olar. Turşunun əsasən 30% qarışığından istifadə edilir.