AXTARIŞ

ONU KƏŞF ET

Bio epilyasiya

ANA SƏHİFƏ / Epilyasiya / Bio epilyasiya

Bu üsul ilk dəfə Misir Kraliçası Nefertitit tərəfindən kəşf olunmuşdur. O xüsusi qatı maddəni bədəninə tətbiq etmiş və həmin o maddə quruduğu zaman tüklər də onunla birlikdə təmizlənmişdir. Müasir dövürdə bu üsul özlü maddənin keyfiyyətində olan parafindən istifadə olunmaqla tətbiq edilir və Bioepilyasiya (ingilis sözü olan wax- воск ) və ya parafin ilə depilyasiya adlanır. Biz parafinin 2 növündən istifadə edirik: bərk halda (qaynaq) və yumşaq halda (isti). Məhlul qətran, limon suyu yağ və neft məsullarınin qarışımından hazırlanmış orta qatılıqda bir maddədir. İsti məhlul 38-42 C-də bədənə tətbiq olunur . Prosedur müddətində dəriniz isinir, məsamələr açılır və tüklər parafin ilə birlikdə asanlıqla bədəninizdən təmizlənir. Parafinin tərkibində olan qətran qarşımının sayəsində bu məhlul dərinin öz relyefinə tamamən uyğunlaşır və beləliklə bu məhlulu hətta qolaltı və bikini kimi ən “çətin” bölgələrdə belə istifadə etmək mümkündür. Yumşaq parafinin tərkibi – şam qətran və yumşaldıcı maddələrdən ibarətdir. İsti parafin bankalarda və ya roller kasetlərdə mövcud olur. Prosedurdan dərhal sonra dəridə qalan isti parafini dərinizi sakitləşdirən xüsusi yağ vasitəsilə dəridən təmizləmək lazımdır.