AXTARIŞ

ONU KƏŞF ET

Saç kəsimi

ANA SƏHİFƏ / Saç studiyası / Saç kəsimi

Saç kəsimi və ya saç düzümü etmək, ümumi mənada, sizi fərqləndirən və xüsusi bir diqqət cəlb edən amillərdir. Saçlar elastik materiala sahibdirlər, ustanın əllərində isə istənilən formanı almağa malikdirlər. Çiyinlərə tökülən, yığılmayan saçlar möhtəşəm görünürlər, saç düzümü verilmiş saçlar isə aristokrat görünüşə sahibdirlər. Ən vacib amillərdən biri saçlarınızı yalnız işinin peşəkarlarına etibar edib, sizə uyğun olan saç düzümünün edilməsidir. Etiraf edək ki, günümüzdə olan saç düzümünün dəbi estrada ulduzlarından asılıdır. Lakin unutmamalıyıq ki, zövq məsələsi individual mövzudur. Həmçinin unutmayın ki, üz formasının vacib olduğu qədər saçın quruluşu da vacibdir. Məsələn, qızın üz quruluşu yumrudursa, saçlarını uzun saxlamaması məqsədəuyğun olar. Əgər saçlarınız gurdursa, onları çənə səviyyəsində saxlamanız məqsədəuyğundur, çünki gur və qısa saçlar üzünüzün xırda görünməsinə səbəb olur. Arıq və uzun üzü olan qızlar üçün istənilən saç forması uyğundur, düz saçlar istisna ola bilər bu mövzuda. Balaca alını olanlar, saçlarını, görünməməsi üçün alınlarının önünə tökə bilərlər. Daha bir möhtəşəm saç düzümü karedir, hansı ki, bütün obrazlar üçün uyğundur.