AXTARIŞ

ONU KƏŞF ET

Aparat kosmetologİyası

ANA SƏHİFƏ / Kosmetoloji prosedurlar / Aparat kosmetologİyası

Aparat kosmetologiyası bir çox müxtəlif fiziki faktorları özündə birləşdirən, fizioterapiyanın köməyi ilə üzdə və bədəndə mövcud olan bir çox problemlərin aradan qaldırılmasına yardımcı olan prosedurdur. Onların bir çoxu, xüsusilə çoxfunksiyalı aparat kosmetologiyasında birləşir. Aparat kosmetologiyası eyni zamanda bir çox kosmetik prosedurların icra olunmasına imkan yaradır: dərinin buxara verilməsi və apartala üzün pilinqi, bədən, üz əzələsi və dərinin liftinqi üçün electromyostimulation və microcurrent prosedurlarının tətbiqi, vakuumla təmizlənmə və dərinin masajı, galvanizleme, darsonvalization, fonoforez, limfodrenaj və digərləri. Üzün bir çox kosmetoloji prosedurlarının ( maska, skrab, brossaj) tətbiqi xüsusi buxar verən texnikayla dəriyə buxara verilməsi ilə başlayır. Hazırki aparatın daxilində üz dərisinə 15-20 dəqiqə müddətində buxar üfürən xüsusi texnologiya mövcuddur. Üzün buxara verilməsi üzdəki qan dövranını gücləndirir, məsamələri genişləndirir, piy və tər vəzlərinin ifrazını stimullaşdırır. Üzün kimyəvi təmizlənməsi eyni zamanda apart kosmetologiyasının bir növü hesab olunan – Brashing – üzdəki keratinize epidermal hüceyrələrin xüsusi təbii materialdan hazırlanmış fırçalarla aradan qaldırılması da adlanır. Aparat kosmetologiyasında vakum terapiya adlı belə daha bir prosedur mövcuddur. Bu halda, qan eləcə də limfatik dövriyyə yaxşılaşır, əzələ tonusu artır və trofiq toxuma üçün əlverişli şərait yaranır. Müasir vakum aparat texnologiyası bir neçə funksiyalara malikdir. Üzün vakumla təmizlənməsi dərinin qara nöqtələr, komedon və ölü dəri hüceyrələrindən qurtulmasına kömək edir. Vakum masaj – qan dövriyyəsini yaxşılaşdırır və əzələ tonusu artırır, dərinin yenilənməsinə kömək edir. Limfodrenaj – limfa damarları vasitəsi ilə limfa axınını təmin edən yumşaq toxumalara təsir edir. Bu proses bədənin ümumi kütləsinin azalmasına səbəb olur, piylənmə və selulitin inkişafının qarşısının alınmasına kömək edir. Darsonvalization – aparat kosmetologiyasının bir üsulu olub, dəyişkən implus cərəyanlarının yüksək tezlik və gərginliyə malikdir. Darsonvalization yüngül hərəkətlərlə dərinin altına yeridilir , eloktrodların yerləşdiyi ərazidə dərini qıcıqlandırır, qan dövranını, maddələr mübadiləsini sürətləndirir və göbələk formalı vakuumlu elektrad vasitəsilə yerinə yetirilir.