AXTARIŞ

ONU KƏŞF ET

Make Up xidməti

ANA SƏHİFƏ / Make Up / Make Up xidməti

Makiyaj xanımların gizli silahıdır. O, çılğın və rəngarəng, yaxud sadə və lakonik ola bilər. Uğurlu makiyajın sirri hadisələrlə uyğun olmasıdır. Ziyafət makiyajı ən rəngarəng və ən cəlbedicidir. O, teatra, restorana, şənliklərə və ziyafətlərə gedərkən istifadə olunur. Bir sözlə, bu makiyaj xüsusi hallar üçündür. Əgər gündəlik “make-up”da sadəlik və lakoniklik ön plana çıxırsa, ziyafət makiyajında daha çox kreativliyə yol verilir. O, bəslənmiş və dolğun ola bilər, əsas olan isə qalıcı olmağıdır. Siz ziyafət boyunca parlamaq istəyirsiniz, elə deyil mi? Professional makiyajı digərlərindən fərqləndirən cəhət savadlı ustaların keyfiyyətli kosmetikadan istifadə etməsidir. Bu hal makiyajınızın bəslənmiş olmasına, gün ərzində qalıcı olmasına və allergiya yaratmamasına zəmanət verir. Professional makiyaj - təkcə çatışmazlıqları gizlətmək və cizgiləri önə çıxartmaq üçün deyil. Təcrübəli vizajist üzün, dodaqların, burunun və qaşların formasını korrektə edir. Vizajist hər kəsə eyni stildə makiyaj etmir, fərqli üz cizgilərinə uyğun, gözəl və çatışmazlıqları gizlədərək edir. Savadlı vizajist kosmetik vasitələri seçərkən sizin geyim tərzinizə, xüsusiyyətlərinizə və həyat tərzinizə diqqət yetirəcək. O, sizdə bütöv bir makiyaj obrazı yaradacaq: əsas, ikinci dərəcəli, tonlaşdırıcı və kölgələndirici. Müxtəlif işıqlandırmalar zamanı insan üzü foto və videolarda fərqli görüntülənir. Gündüz daha aydın görünən makiyaj, hava qaralandan sonra nisbətən effektini itirmiş kimi görünür. Ziyafət makiyajı isə gündüz vaxtı heç də ürəkaçan görünmür. Bəs siz gün ərzində baxımlı qalmaq istəyirsinizsə, nə etməlisiniz? Vizajist buna uyğun makiyajı seçir, ziyafətin şəraitini və şərtlərini nəzərə alır.ции