AXTARIŞ

ONU KƏŞF ET

Mikronidlinq

ANA SƏHİFƏ / Kosmetoloji prosedurlar / Mikronidlinq

Mikronidlinq – prosedurda istifadə olunan cihazın adına uyğundur, digər adı mezodiyircəkli terapiyadır. Mikronidlinq – yaş həddi olmayan və dəri hüceyrələrini yeniləmək üçün olan prosedurdır. Bu səbəbdən, mikronidlinqi gələcək üçün xeyiri olan iynəbatırma prosesi də adlandırmaq olar. Belə nəticəyə gəlmək olar ki, hüceyrənin stimuləolunması prosesi iki üsulla olunur: mexaniki (iynıbatırma) və kimyəvi (kosmetik vasitələrin təsiri). Müalicənin hədəfi dəridə regenerativ prosesin stimullaşması, kollagenin və ellastinin stimullaşması və dərininin funksiyasının bərpasıdır. Nəticədə dəri yeni kollagenlə zənginləşir, dəri toxuması daha da hamarlaşır, möhkəmlənir və hamar görünüşü alır. Mikronidlinq əsasən boyunda, üzdə, sinədə, əllərdə və bədənin digər üzvlərində çapıq, qırış, dartınmalar, ləkələr və disxromiyaları müalicə etmək üçün istifadə edilir. Mikronidlinq üçün müxtəlif preparatlar və vitamin tərkibli mezokokteyllər, mikroelementlər, aminoturşular, kofermentlər, boy faktoruna təsir edəcək preparatlar və az dozalı hialuronik turşu istifadə olunur. Proseduranın sayı və preparatın tərkibi ödənişsiz həkim konsultasiyasında, pasientə uyğun təyin olunur.