AXTARIŞ

Permanent qaş, yoxsa mikrobleydinq?

HOME / Məsləhətlər / Permanent qaş, yoxsa mikrobleydinq?

Məsləhətlər 2021-02-11 / BY BEAUTTECH

Permanent qaş, yoxsa mikrobleydinq?

Qadınların makiyajında qaşın quruluşu vacib yer tutur. Əvvəllər sadəcə qaş aldırmaqla qaşlara quruluş verilirdisə, indi bu, daha müasir üsullarla həyata keçirilir. Məsələn, bir neçə il əvvəl qaşları tatuaj etdirməklə ona qalıcı forma verilirdi. Sonrakı mərhələdə permanent qaşlar dəbə düşdü. İndi isə tədricən mikrobleydinq permanenti geridə qoyur.

Bəs mikrobleydinq necə həyata keçirlir, permanentdən fərqi nədir?

Azərbaycanda tatuaj qaşlardan sonrakı mərhələdə permanent aktual yer tutub və hələ də dəbdədir. Permanent təbii şəkildə qalıcı makiyaj kimi istifadə olunur. Qalıcılıq müddəti 1 ildən 2 ilə qədərdir. Son vaxtlar mikrobleydinqin də gündəmə gəldiyini bir dövrdə iki prosedur arasında olan fərqi diqqətinizə çatdırmaq istərdik.

Mikrobleydinq kəsici alətlə dərini çərtərək həyata keçirilir və xüsusi alətlə boya qaşa yeridilir. Permanent isə xüsusi çox nazik uclu iynə ilə dəri altı həyata keçirilən rənglənmə prosesidir. Permanent dərinin hüceyrələrinə toxunmadan, daha təbii üsulla həyata keçirilir. Mikrobleydinqdə isə dəri ülgüc şəklində, ucu çox incə 6D kəsici alətlə çərtilir. Bir neçə

gündən sonra çərtilən yer bir az böyüyür və getdikcə istənilən nəticə alınır. 

Mikrobleydinq proseduru həyata keçirən zaman qaşda dəri hüceyrələrinə toxunmaq olmaz. Qaşlarda tükün tökülməməsi, tükə zədə vurmamaq üçün mikrobleydinqin düzgün həyata keçirilməsi şərtdir. Çünki qaşlarda tükün tökülməsi, qaş və tükün zədələnməsində mikrobleydinqin böyük rolu var.

İstər permanent, istərsə də mikrobleydinqin həyata keçirildiyi alətlər steril vəziyyətdə və birdəfəlik istifadə üçün nəzərdə tutulanlar olmalıdır. Bundan sonrakı mərhələdə isə qadının üz görünüşünə uyğun qaşa forma vermək və boyanın rəng seçimi əhəmiyyətlidir. Bu işdə qaşların təbii görünməsi vacib şərtdir. Qaşların formasının üzün quruluşuna uyğun seçilməməsi və boya seçiminin dəri rənginə uyğun olmaması uğursuz nəticəyə səbəb olur.

Hər iki prosedurda boya qaşlarda 1-2 il qala bilər. Boyanın qaşlarda qalma davamiyyəti dərinin yağlılığı və quruluğundan asılıdır. Yağlı dəridə boya quru dəriyə nisbətən tez sola bilər. Yağlı dərilərdə boya 7-8 ay, quru dəridə 2 il də qala bilər. Bu işdə boyaların tərkibi də önəmlidir.