AXTARIŞ

Salonlar bağlandı: Karantin vaxtı dırnaqlara qulluq

HOME / Məsləhətlər / Salonlar bağlandı: Karantin vaxtı dırnaqlara qulluq

Məsləhətlər 2020-04-13 / BY BEAUTTECH

Salonlar bağlandı: Karantin vaxtı dırnaqlara qulluq

Bir çox qadınlarımız artıq uzun müddətdir ki, dirnaqlarını sahmana salmaq üçün gözəllik salonlarına üz tuturlar. Karantin vaxtı bütün salonlar bağlı olduğuna görə artıq ev şəraitində dırnaqlarımıza qulluq barədə düşünməliyik. 


Dırnaqlarıma etdiyim gel-dırnaq boyası artıq uzanıb. Nə etməliyəm?

Ən qorxulu plan - dırnaqlarınızın üzərindəki dırnaq boyasını əllərinizlə soyub çıxartmaq ola bilər. Əgər çox uzanmayıbsa biraz səbr edib dözün. Lakin artıq çarə yoxdursa məsləhətlərimiz işinizə yarayacaq. 

Folqa kağızından 10 kiçik parça, 10 pambıq diski, dırnaq boyasını çıxartmaq üçün aseton, yumşaq pilka, apelsin çubuqları və yağlı krem yanınızda olsun. 

Yumşaq pilka ilə dırnağın üst qatını ehmalca sürtün. Çalışın dırnağa zərər yetirməyəsiniz.

Pambıq diskini asetona batırıb barmağınızın üzərinə qoyub, folqa kağızı ilə bağlayın. Bu qaydanı bütün dırnaqlarınıza tətbiq edin. Kitikulları və dırnağınızın ətrafına yağlı krem çəkin. Bu onları qorumağa yardım edəcək. 

Təxmini 15 dəq gözləyib, sonra səliqə ilə folqa kağızı və pambıq disklərini barmaqlarınızdan çıxardın. Əgər hansısa

hansısa dırnağınızda gel-dırnaq boyasının bir hissəsi qalıbsa, ehmallıca onu apelsin çubuğu ilə üstünə bərk basmadan çıxardın. Əgər boya çıxmırsa həmin barmağınızda folqa ilə olan proseduru təkrar edin. 

Adətən gel-dırnaq boyasından sonra dırnaq örtüyü 3 aya bərpa olur, deməli onu qorumaq üçün dırnağımıza bərpaedici dırnaq boyası və ya baza çəkməliyik. Əsas qatı və ya dırnaqları möhkəmləndirmək üçün vasitə çəkin – bu rəng üçün əsas olacaq. Dırnaqların quruduqda onların üzərinə nazik qat ağ dırnaq boyası çək - bu rəngin daha parlaq görünməsi üçün lazımdır. 

Kutikulları necə sahmana salaq?

Burada sizə apelsin çubuqları və remover yardımçı olacaq. Maddəni kutikula (dırnaq kənarındakı dəri) çəkin, bu dərinin yumşalmasına kömək edəcək. Bir neçə dəqiqədən sonra səliqəli şəkildə çubuq ilə dırnaq başlanğıcına doğru itələyin. Bu proseduru 3-4 gün təkrar edin. Dırnaq alətləri ilə salonda edildiyi kimi kutikulları kəsməyi sizə məsləhət görmürük. İlk dəfədən siz dırnaq ətini zədələyə bilərsiniz. 

TAGS: dırnaq