AXTARIŞ

Yay mövsümünə hazırlıq: Şuqarinqin müsbət tərəfləri

HOME / Məsləhətlər / Yay mövsümünə hazırlıq: Şuqarinqin müsbət tərəfləri

Məsləhətlər 2020-06-18 / BY BEAUTTECH

Yay mövsümünə hazırlıq: Şuqarinqin müsbət tərəfləri

Niyə yay aylarında şuqarinq etmək daha yaxşıdır? Lazer epilasiyasından sonra günəşlənmək olmaz. Lakin şuqarinqdən sonra rahat günəş vannası qəbul edə bilərsiniz
Şuqarinq - effektiv epilasiya növlərindən biridir. Epilasiya vaxtı şəkər siropu maksimal olaraq tüklərə, minimal olaraq dərinizə hopur. Həmçinin şəkər pastası qızmır. Prosedurun bu xüsusiyyətlərinə görə dəridə yanıq ləkələri olmur və dəriyə zərər dəymir. 

Şuqaringin 7 ən vacib üstünlüyü

1. Prosedurdan sonra dəri qıcıqlanmasının və qızartının olmaması - həssas dərisi olan qadınlar üçün də uyğundur
2. Şugaring arzuolunmaz tüklərin aradan qaldırılmasının ən təhlükəsiz yollarından biri hesab olunur. Dəriyə heç bir zərər dəymir
3. Şuqaring vasitəsi ilə hətta ən kiçik tükləri də aradan qaldırmaq mümkündür.
4. Effektivliyi

Effektivliyi uzun müddət qorunur
5. Epilasiya zamanı tüklər çıxdığı istiqamətdə çıxarılır (bu xüsusiyyət əsasən tükləri düz istiqamətə meyilli insanlar üçün idealdır) 
6. Prosedur çox rahat keçirilir. Epilasiyadan sonra artıq pastanı bədəndən su ilə yumaq olar.
7. Tərkibi təbii və orqanik məhsullardan hazırlanır. 

Şuqarinq etməzdən əvvəl 4 məsləhət

1. Şuqaringin hazırlanma qaydası və tərkibi çox asan olsa da, bəzi nüanslar var. Bu səbəbdən bu proseduru salonda etmək daha məsləhətdir.
2. Şuqarinq əsasən ən həssas bədən hissələrinə tətbiq edilir - bikini, qoltuq altı, üz. 
3. Prosedurdan əvvək tüklərin uzunluğu təxminən 4 mm olmalıdır.
4. Şuqaring prosedurundan əvvəl evdə duş qəbul etməniz və xüsusi intim salfetlərdən istifadə etməniz məsləhətdir.

TAGS: baxım