AXTARIŞ

Toy hazırlığına top - 5 beauty məsləhət

HOME / Məsləhətlər / Toy hazırlığına top - 5 beauty məsləhət

Məsləhətlər 2019-11-29 / BY BEAUTTECH

Toy hazırlığına top - 5 beauty məsləhət

Hər bir gəlin öz toyunda ən gözəl olmaq arzusundadır və istəyir ki, bütün gözlər yalnız onun üzərində olsun və hər kəsi heyran etsin. Deyirlər, bütün gəlinlər gözəldir və hətta bu fikir heç müzakirə olunmur. Xoşbəxtlik hər kəsə, həm gəlinə, həm də bəyə yaraşıq verir. Lakin bəzi məqamlar vardır ki, onları əvvəlcədən düşünmək lazımdır və burada söhbət stilistin işindən deyil, must-to-do siyahısına daxil edilməli olan proseduralardan gedir.

 

Bizim top-5 siyahımızı təqdim edirik:

 

1      Üzə qulluq – toy günündə 100% gözəl görünmək üçün siz, ilk növbədə, üz dərisinin zahiri görünüşünə diqqət yetirməlisiniz. Axı, toyqabağı qayğılar, daimi stress və yorğunluq dərinin sağlamlığında tamamən öz əksini tapır. Nəticədə dəri susuzlaşır, onda ilk qırışlar, sızanaqlar, iltihablar, allergiya yaranmağa başlayır, gözlərin altında isə torbalar və tünd dairələr meydana çıxa bilir. Buna görə də, toydan əvvəl kosmetoloqa mütləq baş çək, o sənin dərinə uyğun olan qulluğu, maskaları seçəcək və dərin işıq saçacaqdır.

2      Epilyasiya – diqqət tələb edən məsələdir, axı gəlinin dərisi yalnız üz nahiyəsində deyil, bütün bədəndə hamar və təmiz olmalıdır. Tüklərdən xilas olmağın

bir çox üsulu vardır: lazer epilyasiyası, şuqarinq və mum epilyasiyası.  Burada hər şey vaxtdan və gəlinin üstünlük verdiyi fərdi xüsusiyyətlərdən asılıdır. Bu məsələyə toydan bir neçə həftə əvvəl diqqət yetir.

3      Manikür – gəlinin əlləri hər zaman göz qabağındadır: əvvəlcə üzükləri dəyişmək, daha sonra şampan qədəhi ilə çoxsaylı sağlıqlar, həm də bütün toy ərzində gül dəstəsini bel səviyyəsində saxlamaq lazım gələcək. Məhz buna görə, gözəl manikür — qüsursuz toy obrazının çox vacib hissəsidir.

4      Pedikür  – gəlinin vəzifəsi sözün əsl mənasında başdan-ayağadək ideal olmaqdır, buna görə də, pedikürü unutmamaq lazımdır. Hamı tərəfindən qəbul edilmiş qaydalara görə burada hər şey maksimal dərəcədə zərif və təbii olmalıdır, amma bu, təbii ki, yanlış fikirdir. Əgər bu cür pedikür ürəyincə deyilsə, məhz sənə yaxın olan pedikürü seç. Toy pedikürünün əsas çalarları qismində nyud rənglər, açıq, bir qədər çəhrayı rənglər uyğun gəlir.

5      Qaşların korreksiyası – mükəmməl olmayan qaşlar hətta ən gözəl makiyajı belə korlaya bilər. Səhvlərə yol verməmək üçün, peşəkarlara etibar et və qaşların formasını toydan 2-3 gün əvvəl korreksiya et.